Gəncədə avtomobili sürətlə sürdüyü üçün döyülən sürücü 3 nəfəri vurub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Gəncədə avtomobili sürətlə sürdüyü üçün döyülən sürücü 3 nəfəri vurub - YENİLƏNİB


Martın 18-də saat 22:40 radələrində 4 nəfər (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrinə müxtəlif bədən xəsarətləri ilə hospitalizasiya olunub.

Bu barədə Sizinxeber.az-ya TƏBİB-dən bildirilib. Məlumata görə, onlara zəruri tibbi yardım göstərilib.

Abbas Səhhət adına xəstəxananın Travmatologiya şöbəsində 1979-cu il təvəllüdlü şəxsin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır. Döş qəfəsinin travması diaqnozu təyin edilən 1996-cı il təvəllüdlü şəxsin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır qiymətləndirilir.

Z.Məmmədov adına xəstəxanaya yerləşdirilən 2006 və 2007-ci il təvəllüdlü şəxslər isə ambulator müalicə üçün evə buraxılıblar.

***

09.49

Gəncədə 3 nəfər sürücünü döyüb.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Məlumata görə, sürücü küçədən sürətlə keçdiyi üçün 3 nəfər onu döyüb. Bundan sonra sürücü avtomobili onların üzərinə sürərək vurub.

1979-cu il təvəllüdlü M.Qəhramanov, 1996-cı il təvəllüdlü E.Əkbərov, 2007-ci il təvəllüdlü N.Verdiyev və 2006-cı il təvəllüdlü M.Fətullayev müxtəlif bədən xəsarətləri ilə Gəncədə xəstəxanaya yerləşdirilib.

Onlara tibbi yardım edilib, vəziyyətlərinin normal olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Sizinxeber.az-ya bildirib ki, faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində müvafiq ekspertiza təyin edilməklə araşdırma aparılır.

Ekspertizanın və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Oxşar xəbərlər

Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Göygöldə yol qəzasında 18 yaşlı oğlan ölüb, 4 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Gəncədə avtomobili sürətlə sürdüyü üçün döyülən sürücü 3 nəfəri vurub
Gəncədə 37 yaşlı kişi bıçaqlanıb, qohumu tutulub - YENİLƏNİB
Gəncədə iki döl ölü doğulub - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər