Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib
- 12-01-2026, 10:38
- DÜNYA
- 0
- 14 387
Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi İrandakı etirazlar fonunda tezliklə beynəlxalq dəstəyin çatacağının anonsunu verib.
"Report" xəbər verir ki, respublika vətəndaşlarına ünvanlanmış müvafiq müraciət Pəhləvinin "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunub.
Onun sözlərinə görə, etirazlar "qanunsuz İslam Respublikası"nın əsaslarını sarsıdıb.
"Son çağırışlara inanılmaz cavabınıza və sizdən aldığım ictimai mandatla rəhbərlik edərək İslam Respublikasını devirmək və sevimli İranımızı geri qaytarmaq üçün milli üsyanın yeni mərhələsini elan edirəm", – deyə Pəhləvinin bəyanatında qeyd olunub.
O, rejimin təbliğatına və rabitəni bloklamağa cavabdeh olan qurum və idarələri "legitim hədəflər" adlandırıb. Bununla yanaşı, dövlət qulluqçuları, eləcə də silahlı qüvvələrin və təhlükəsizlik orqanlarının üzvlərinin seçim qarşısında olduğunu vurğulayıb: xalqın, ya da hakimiyyətin tərəfində durmaq.
"Bütün İran səfirlikləri və konsulluqları İran xalqına məxsusdur. Onları İranın milli bayrağı ilə bəzəməyin vaxtı çatıb... Tezliklə İran azad olacaq. İranın ölməz oğul və qızlarının tökülən qanı bizə qələbəyə aparan yolu göstərir. Biz tək deyilik. Beynəlxalq dəstək tezliklə gələcək. Mənim növbəti mesajlarımı gözləyin. Çox tezliklə biz sevimli İranımızı geri qaytaracağıq", – deyə Pəhləvinin bəyanatında vurğulanıb.


width="220" alt="Almaniya İranın tələbilə Rza Pəhləvinin oğlunu Münxen konfransına buraxmayıb" />
width="220" alt="Xamenei: "İslam Respublikası etirazlar qarşısında geri çəkilməyəcək"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />