Tovuzda bəy idarə etdiyi avtomobili aşırıb, xəsarət alanlar var - YENİLƏNİB
Tovuzda baş verən qəza nəticəsində xəsarət alanların adları məlum olub.
Bu barədə Sizinxeber.az-nın yerli bürosuna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.
Onun sözlərinə görə, xəsarət alanlar rayonun Düz Qırıxlı kənd sakinləri 2000-ci il təvəllüdlü Şahlar Namazlı və 2001-ci il təvəllüdlü Natiq Qurbanovdur.
***
21:34
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alakol kəndində qeydə alınıb.
Hərəkətdə olan "Chevrolet" markalı minik maşını yoldan çıxaraq aşıb və ağaca çırpılıb.
Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdilib.
Məlumata görə, qəzaya düşən bəy avtomobili olub. Toyu olan bəy 2000-ci il təvəllüdlü E.Huseynov da xəsarət alıb.
Oxşar xəbərlər
Tovuzda bəy idarə etdiyi avtomobili aşırıb, xəsarət alanlar var
Tovuzda qəza olub, xəsarət alanlar var
Tovuzda baş qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-1 - FOTO
Tovuzda qəza olub, xəsarət alanlar var - FOTO
Tovuzda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













