Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb
sizinxeber.az xəbər saytı

Gürcüstandan Azərbaycana gələn maşında xeyli dərman aşkarlanıb


Tovuzda xeyli miqdarda dərman preparatı aşkar edilib.

Bu barədə APA-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

Məlumata görə, Tovuz Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Yoxlama zamanı nəqliyyat vasitəsinin dartıcısında gömrük nəzarətindən gizlədilmiş 3920 ədəd “Trittico” adlı dərman preparatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Azərbaycan gömrükçüləri xeyli miqdarda dərman preparatları aşkar edib
Gürcüstandan Azərbaycana qanunsuz dərman keçirilməsinin qarşısı alınıb
Naxçıvanda İrandan Türkiyəyə yük aparan maşında xeyli psixotrop dərman aşkarlanıb
İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edilib
Azərbaycan gömrüyünə bəyan edilməyən dərman preparatları aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər