Ağır yanıq xəsarətləri ilə Şəmkirdən Bakıya gətirilən gənc vəfat edib
sizinxeber.az xəbər saytı

Ağır yanıq xəsarətləri ilə Şəmkirdən Bakıya gətirilən gənc vəfat edib


Ağır yanıq xəsarətləri ilə Şəmkir rayonundan Bakıya gətirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 23 yaşlı N.Yusifov paytaxtda yerləşən xəstəxanaların birində göstərilən tibbi yardımlara baxmayaraq dünyasını dəyişib.

Xatırladaq ki, hadisə bir neçə gün öncə Şəmkir rayonunun Tatarlı kəndində qeydə alınıb. Belə ki, tanışının evinə qonaq gələn N.Yusifov fərdi yaşayış evinin hamam otağında kustar üsulla hazırlanan sobanın ani alışması nəticəsində ağır yanıq xəsarətləri almışdı.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Gəncədə ağır yanıq xəsarətləri alan şəxs 13 gün sonra xəstəxanada ölüb
Təkər emalı müəssisəsində yanıq xəsarətləri alan fəhlə xəstəxanada ölüb
Sabirabadda evdə partlayış olub, 42 yaşlı qadın yanıq xəsarəti alıb
Goranboyda 6 aylıq körpənin yanaraq ölməsi ilə bağlı təfərrüatlar məlum olub - YENİLƏNİB
Bir həftə öncə yanan fəhlə xəstəxanada ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər