İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb, ölən var » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
apr
2025
12:30

İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb, ölən var

01 apr, 2025
12:30
648

İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb, ölən var

İsmayıllıda avtomobil yol kənarındakı obyektə çırpılıb.

"Report" xəbər verir ki, bu gün gecə saat 01 radələrində İsmayıllı rayonunda “VAZ-2107” markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yasin Rəhimovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı obyektə çırpılıb.

Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb, iki sərnişin- 32 yaşlı Mehman Babayev və 33 yaşlı Bəhruz Əlizadə isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın