Bakıda binada yanğın olub - VİDEO
sizinxeber.az xəbər saytı

Bakıda binada yanğın olub - VİDEO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Sizinxeber.az-nın xəbərinə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onsəkkizmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində yerləşən mənzilin mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 126kv.m. olan üçotaqlı mənzilin mətbəx mebeli 5p.m. sahədə yanıb.

Mənzil və yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Xırdalanda yaşayış binasında yanğın baş verib
Bakıda 2 mərtəbəli yaşayış binasında yanğın olub - VİDEO - YENİLƏNİB
Qazaxda ev yanıb
Qazaxda ev yanıb - VİDEO
Bakıda yaşayış binasında yanğın olub, 10 nəfər təxliyə edilib - YENİLƏNİB - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər