Qazaxda 31 yaşlı kişi itkin düşüb
sizinxeber.az xəbər saytı

Qazaxda 31 yaşlı kişi itkin düşüb


Qazaxda 31yaşlı kişi itkin düşüb.

Sizinxeber.az-nın yerli bürosunun xəbərinə görə, Qazax rayonunun Aşağı Salahlı kənd sakini, 1994-cü il təvəllüdlü Sadıqov Tamerlan Mustafa oğlu martın 20-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, buğdayı saçlı, gözlərinin rəngi qəhvəyi, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində, qara rəngli gödəkcə olub.

Fotodakı şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin Qazax Rayon Polis Şöbəsinin 022-295-14-97 şəhər və 055-816-04-37, 070-996-35-35mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Saatlıda 66 yaşlı kişi itkin düşüb
Sabunçuda 40 yaşlı kişi itkin düşüb
İsmayıllıya qonaq gələn kişi itkin düşüb
Cəlilabadda 33 yaşlı qadın itkin düşüb - FOTO
Bakıda 18 yaşlı şəxs itkin düşüb - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle