Bakı-Qazax yolunda maşın kanala aşıb - FOTO » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
19 
mar
2025
10:50

Bakı-Qazax yolunda maşın kanala aşıb - FOTO

19 mar, 2025
10:50
893

Bakı-Qazax yolunda maşın kanala aşıb - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazsindən keçən hissəsində qeydə alınıb.

Mingəçevir şəhər sakini Nurlan Quliyevin idarə etdiyi “Toyota Prius” markalı avtobil Naftalan sakini Natiq Allahverdiyevin idarə etdiyi “VAZ 21099” markalı maşına çırpılıb. Qəzadan sonra avtomobillərdən biri yaxınlıqda olan su kanalına düşüb. Xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın