Bu gün Misli Premyer Liqasında V turun növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, turun ikinci günündə "Kəpəz" "Qəbələ"ni, "Sumqayıt" isə "Şamaxı"nı qəbul edəcək.

Gəncə şəhər stadionunda keçiriləcək "Kəpəz" - "Qəbələ" görüşü saat 17:30-da, "SOCAR Polymer Arena"da baş tutacaq "Sumqayıt" - "Şamaxı" qarşılaşması isə 19:45-də başlayacaq.

Misli Premyer Liqası

12 sentyabr

V tur

Saat 17:30, "Kəpəz" - "Qəbələ";

Saat 19:45, "Sumqayıt" - "Şamaxı".

Xatırladaq ki, dünən turun açılış oyununda "İmişli" doğma meydanda "Neftçi"yə məğlub olub - 2:3.