Tərtərdə iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB
Martın 11-də saat 21:20 radələrində Tərtər rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən Sizinxeber.az-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumata görə, onlardan 1995-ci il təvəllüdlü şəxsə qamış sümüyü cisminin sınığı, döş qəfəsinin əzilməsi, yanaq və gicgah çənə nahiyəsinin açıq yarası, ayaq daraq sümüklərinin sınığı, 2003-cü il təvəllüdlü şəxsə başın digər nahiyələrinin açıq yaraları, 2003-cü il təvəllüdlü şəxsə biləyin və əlin açıq yarası diaqnozları təyin edilib.
Zəruri tibbi xidmət göstərildikdən sonra 2003-cü il təvəllüdlü şəxs ambulator müalicə üçün evə buraxılıb.
Digər 2 nəfər isə Mingəçevir şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib.
Qeyd edilib ki, hadisə nəticəsində 1 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Fəridə
***
23.01
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.
Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb.
"VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.
Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Cəlilabadda avtomobil körpüdən çaya aşıb, xəsarət alanlar var - YENİLƏNİB
Bakı-Quba yolunda qəza olub, Xaçmaz Peşə Liseyinin 5 əməkdaşı xəsarət alıb - YENİLƏNİB - FOTO
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Qubada sahibsiz itlər 3 nəfərə hücum edib - YENİLƏNİB
Sumqayıtda minik avtomobili zibil maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













