Binəqədidə yanğın təhlükəli tikiş sexinin fəaliyyəti dayandırılıb - VİDEO
Binəqədidə yanğın təhlükəli tikiş sexinin fəaliyyəti dayandırılıb.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhərinin Binəqədi rayonunda yerləşən “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki, obyektdə ilkin yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, həmçinin mövcud qurğuya texniki qulluq göstərilməyib; elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb və elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib; obyektdə yanğın su hovuzu mövcud deyil və daxili yanğın kranları quraşdırılmayıb; obyekt odsöndürən balonlarla tam təmin olunmayıb; təxliyə planı mövcud deyil; obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmayıb; obyektin müəyyən yerlərində yanar üzlüklərdən istifadə olunub; istehsalat və anbar otaqlarında yanar materialdan istifadə edilərək otaqlar yaradılıb; anbar sahəsində mallar “Yanğın Təhlükəsizliyi Qaydaları”nın tələblərinə uyğun yığılmayıb; obyektin ərazisi yanar tullantılardan təmizlənməyib; obyektin tikinti və lahiyə sənədləri yanğın təhlükəsizliyinə əməl olunması baxımından DYNX ilə razılaşdırılmayıb; obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim olunmayıb.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Bakı Tekstil Fabriki” MMC-yə məxsus tikiş sexinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Oxşar xəbərlər
Sumqayıtda yanğın təhlükəsi ilə bağlı mərasim evinin fəaliyyəti dayandırılıb - VİDEO
Bakıdakı “İdeal” şadlıq evinin fəaliyyəti dayandırılıb - VİDEO
Xaçmazda yanğın təhlükəli şadlıq sarayının fəaliyyəti dayandırılıb - VİDEO
Yasamalda “Nuxa” restoranının fəaliyyəti dayandırılıb - VİDEO
Bakıda yanğın təhlükəli restoranın fəaliyyətini dayandırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
“Qızların təhsilinə dəstək” layihəsinin II Məzun Günü keçirilib - FOTO
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
