Jurnalistlər “Elektron məhkəmə”də qoyulan məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət edib
sizinxeber.az xəbər saytı

Jurnalistlər “Elektron məhkəmə”də qoyulan məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət edib


Media nümayəndələri “Elektron məhkəmə” sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.

"Report" xəbər verir ki, məhkəmələrin fəaliyyətini işıqlandıran jurnalistlər məhdudiyyətin tətbiqini sistemdən istifadədə çətinlik yaratdığını vurğulayaraq, bunu şəffaflığın pozulması kimi qeyd ediblər.

Bildirilib ki, məlumatların qapalı olmasına görə, məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə məlumat çatdırılması istiqamətində ciddi maneə yaranıb.

Müraciətdə o da vurğulanıb ki, “e-məhkəmə” sistemi məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə edilməsinə əngəldir.

Jurnalistlər İnam Kərimovun problemin həllində yardımçı olacağına ümid etdiklərini bildiriblər.

Qeyd edək ki, “Elektron məhkəmə” informasiya sistemi ilə bağlı yeni məhdudiyyətlər tətbiq edilib. Xeyli müddətdir ki, sistemdə məhkəmə işləri üzrə tərəflərin adları əks olunmur.

Oxşar xəbərlər

Jurnalistlər “Elektron məhkəmə” sisteminə qoyulan məhdudiyyətlə bağlı İnam Kərimova müraciət ediblər
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
İnam Kərimov: Azərbaycanda qanunvericilik bazası əsaslı şəkildə yenilənir
Hakimlərin Qiymətləndirməsi Komitəsi və Məhkəmə-Hüquq Şurasının Apellyasiya Şurasının tərkibi formalaşıb
Nazir müavini: Mediasiyanın rəqəmsallaşması vaxt itkisinin qarşısını alacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle