Biləsuvarda 57 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb - YENİLƏNİB
Biləsuvar sakininin ov tüfəngindən ehtiyatsız davranması, onun ölümünə səbəb olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 57 yaşlı İqbal Bağırov evinin həyətində əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman ov tüfəngindən açılan atəş, onun ölümünə səbəb olub.
Qeyd edək ki, İ.Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator vəzifəsində çalışıb.
Hadisə ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saat 20:30 radələrində 1968- ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
22:39
Biləsuvar rayonunda ov tüfəngindən açılan atəş nəticəsində 57 yaşlı kişi ölüb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Təzəkənd kəndində baş verib.
1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadıqları evin həyətində ov tüfəngi ilə açılan atəş nəticəsində xəsarət alıb.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan yaralının xəsarəti ağır olduğundan, həkimlər onun həyatını xilas edə bilməyib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Biləsuvarda 57 yaşlı kişi ov tüfəngindən açılan atəş nəticəsində ölüb
Biləsuvarda ov tüfəngindən açılan atəş nəticəsində 34 yaşlı kişi ölüb
Lənkəranda 60 yaşlı kişi silahdan açılan atəş nəticəsində xəsarət alıb
Biləsuvarda ov tüfəngindən güllə yarası alan kişi ölüb
Biləsuvarda həyətdə kişi meyiti tapılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Tramp: ABŞ İranı 15 il müddətinə uranı zənginləşdirməkdən imtina etməyə qane edə bilər
