Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər saxlanılıb - VİDEO
Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanaraq barələrində tədbirlər görülüb.
DİN-dən Sizinxeber.az-ya verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar. Onların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib. R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Hava limanı ərazisində qanunsuz taksi fəaliyyəti göstərən şəxslər aşkarlanıb
Şüvəlanda taksi sürücüsünü döyüb avtomobilini qaçıran şəxslər saxlanılıb
Oğuzda narkotik alverçiləri saxlanılıb
Bakıda üç nəfərin 276 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb - VİDEO
Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
