Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şəxsə cəza istənilib 
sizinxeber.az xəbər saytı

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şəxsə cəza istənilib 


Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Sizinxeber.az"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Çingiz Mehdiyevin üç il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.  Prokuror çıxşında təqsirləndirilənin məhkəmə zalında həbs edilməlisini, cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməsini istəyib.

Məhkəmənin növbəti iclası martın 13-ə təyin olunub.

Qeyd edək ki, Çingiz Mehdiyev Formula-1 oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur.

Ç.Mehdiyev barəsində istintaq dövrü müddətinə həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Formula 1-ə ayrılan pulları mənimsənilməsi ilə bağlı məhkəmə: Çingiz Mehdiyevin sərəncam vermək səlahiyyəti yox idi
Formula 1-ə ayrılan pulların mənimsənilməsi ilə bağlı məhkəmədə Hesablama Palatasına müraciət olunması istənilib
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub
Bakı Şəhər Halqası Əməliyyat şirkətinin sabiq şöbə rəisinin məhkəməsi davam etdirilib
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər