Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərlənib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərlənib - YENİLƏNİB


Daşkəsən rayonunda qidadan zəhərləndiyi bildirilən şəxslərin vəziyyətləri açıqlanıb.

TƏBİB-dən Sizinxeber.az-ya verilən məlumata görə, fevralın 24-də saat 20:50 radələrində 3 nəfər (1-i kişi, 2-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Onlara mədə-bağırsaq sisteminin dəqiqləşdirilməmiş funksional pozğunluğu diaqnozu qoyulub və hər 3 şəxsə zəruri tibbi yardım göstərilib.

Vəziyyətləri kafi qiymətləndirildiyindən onların hər biri ambulator müalicə üçün evə buraxılıb.

***

24 fevral, 22.30

Daşkəsəndə zəhərlənmə hadisəsi baş verib.

Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Alunitdağ qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Ş.Quliyev, 1990-cı il təvəllüdlü F.Quliyeva və 2013-cü il təvəllüldü F.Quliyev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara dərhal yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, zəhərlənən şəxslər bir ailənin üzvləridir.

Onların qidadan zəhərləndiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Daşkəsəndə bir ailənin 3 üzvü qidadan zəhərlənib
Ağsuda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib - YENİLƏNİB
Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 10 yaşlı uşaq ölüb - YENİLƏNİB-1
Ağstafada 4 nəfər dəm qazından zəhərlənib
Daşkəsəndə bir ailənin 4 üzvü dəm qazından zəhərlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle