Heydər Əliyev prospektində yol çöküb, "Koroğlu" metrostansiyası istiqamətində hərəkət məhdudlaşdırılır  - FOTO - VİDEO - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Heydər Əliyev prospektində yol çöküb, "Koroğlu" metrostansiyası istiqamətində hərəkət məhdudlaşdırılır - FOTO - VİDEO - YENİLƏNİB-1


Bakının Nərimanov rayonunda yolun çökməsi ilə əlaqədar Heydər Əliyev prospekti ilə "Koroğlu" metrostansiyası istiqamətində əsas yol üzrə hərəkət məhdudlaşdırılaraq köməkçi yola yönəldilir.

Bu barədə Sizinxeber.az-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, əraziyə agentliyin əməkdaşları və aidiyyəti qurum əməkdaşları cəlb olunub.

“Yolun altından keçən su xəttində qəza olub. Aidiyyəti qurum tərəfindən qəzanın aradan qaldırılması üçün yolun hərəkət hissəsində qazıntı işləri aparılmalıdır. Qəza aidiyyəti qurum tərəfindən aradan qaldırıldıqdan sonra agentliyimiz tərəfindən qazılmış hissənin bərpası istiqamətində müvafiq işlər aparılacaq”, - qurum rəsmisi qeyd edib.

***
21:13

Bakının Nərimanov rayonunda yolun bir hissəsi çöküb.

Sizinxeber.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

İlkin məlumata görə, ərazidəki yolun çökməsinə yeraltı su borularından birinin partlaması səbəb olub.

Əraziyə DYP idarəsinin əməkdaşları cəlb olunub.

Yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər aparılır. Hava şəraiti və yaranan problem səbəbindən avtomobillərin hərəkətində müəyyən sıxlıq yaranıb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən əraziyə baxış keçirilir.


Sübhan Şərif

***
20:24

Bakıda Heydər Əliyev prospektində əsas yolla köməkçi yolu ayıran beton arakəsmə çöküb.

Sizinxeber.az xəbər verir ki, hadisə səbəbindən prospektdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.


İlkin Naib

Oxşar xəbərlər

NİİM: Bakıda yolun hərəkət hissəsində parklanma sıxlığa səbəb olub - FOTO
Heydər Əliyev prospektində yolun bir hissəsi çöküb, nəqliyyatın hərəkətində sıxlıq yaranıb - FOTO - VİDEO - YENİLƏNİB
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur
Noyabrın 4-dən Bakıda 31 avtobus marşrutunun son və aralıq dayanacaq məntəqələri dəyişdiriləcək - SİYAHI
Bakının bir çox yollarında tıxac müşahidə edilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər