Astarada fərdi yaşayış evində baş verən yanğında iki azyaşlı ölüb, 3 nəfər yaralanıb - FOTO  - VİDEO - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Astarada fərdi yaşayış evində baş verən yanğında iki azyaşlı ölüb, 3 nəfər yaralanıb - FOTO - VİDEO - YENİLƏNİB-1


Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, üç nəfər yaralanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, 7 yaşlı Məmmədov Kənan Xətai oğlu və 4 yaşlı Məmmədzadə Zeynəb Xətai qızı yanaraq vəfat ediblər.

25 yaşlı Rəfiqə Mirzəyeva, 30 yaşlı Xətai Məmmədov və 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***
01:14

Xəbər verdiyimiz kimi, Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən ikimərtəbəli yaşayış evində baş verən yanğında oğlan və qız olmaqla iki azyaşlı ölüb, bir nəfər yaralanıb.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, onların bir və iki yaşı olub.

Bildirilib ki, uşaqların babaları 1965-ci il təvəllüdlü İmaməddin Xanağa oğlu Məmmədov sol yuxarı ətrafın və bədənin müxtəlif nahiyyələrinin çoxsaylı yanığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.

***
00:09

Astara rayonunun Kijəbə ərazi vahidliyinə daxil olan ucqar dağ kəndində yerləşən yaşayış evində gecə saatlarında yanğın baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə zamanı iki azyaşlı yanaraq ölüb.

Meyitlər daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Astarada fərdi yaşayış evində baş verən yanğında iki azyaşlı ölüb - FOTO
Astarada fərdi yaşayış evində baş verən yanğında iki azyaşlı ölüb
Balakəndə yaşayış evində yanğın olub
Cəlilabadda yanğında tüstüdən zəhərlənən azyaşlı Bakıya təxliyə edilib
Moskva vilayətində baş verən yanğında ana ilə üç uşağı ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle