Şəkidə ikifərdi yaşayış evində yanğın olub
sizinxeber.az xəbər saytı

Şəkidə ikifərdi yaşayış evində yanğın olub


Şəkidə bir-birinə bitişik iki fərdi yaşayış evində yanğın olub.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 18 radələrində Şəki şəhəri, 20 Yanvar küçəsində Xatirə Nəzir qızı Məmmədzadəyə məxsus, ümumi sahəsi 300 kv/m olan ikimərtəbəli 5 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üşün əraziyə Şəki rayon Dövlət yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün və ikinci mərtəbəsinin yanar konstruksiyaları yanıb.

Yanğın evə bitişik tikilən X. Məmmədzadəyə aid ümumi sahəsi 600 kv/m olan digər fərdi yaşayış evinə də keçib. İkinci evin isə iknci mərtəbəsində aynəbəndin tavanı 3 kv/m, dam örtüyü isə 6 kv/m sahədə yanıb. Evlərin qalan hissələri yanğından mühafizə olunub.

Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır

Oxşar xəbərlər

Şəkidə ikifərdi yaşayış evindəyanğın olub
Şəkidə fərdi yaşayış evi yanıb
Balakəndə yaşayış evində yanğın olub
Şəkidə 4 otaqlı ev yanıb
Şəkidə 6 otaqlı evdə yanğın olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər