“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar aşkar edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
06 
fev
2025
19:00
0
0
2 007
ff

“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar aşkar edilib

06 fev, 2025
19:00
2 007

“İpək yolu” gömrük postunda saxta aksiz markası və nişanlar aşkar edilib

Bakı Baş Gömrük İdarəsinin “İpək yolu” gömrük postunda Türkiyədən idxal olunan yüklərə gömrük yoxlaması tətbiq edilib.

Bu barədə "Report"a Azərbaycan Dövlət Gömrük Komitəsindən bildirilib.

Qeyd olunub ki, yoxlama zamanı alkoqollu içkilərə aid olan və gömrük orqanına bəyan edilməyən 1 litrlik üçün 30 000 ədəd, 0,75 litrlik üçün 125 000 ədəd, 0,5 litrlik üçün 55 000 ədəd, 0,25 litrlik üçün 290 000 ədəd olmaqla, cəmi 500 000 ədəd saxta aksiz markası və 49 900 ədəd nişanlar (QR kodlar) aşkar olunaraq götürülüb.

Bizimlə əlaqə saxlayın

×
×