Beyləqanda narkokuryerlik edən şəxslərdən 15 kiloqram marixuana aşkarlanıb
sizinxeber.az xəbər saytı

Beyləqanda narkokuryerlik edən şəxslərdən 15 kiloqram marixuana aşkarlanıb


Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramil Nuriyev və tanışı Murad Həmzəyev saxlanılıblar.

Sizinxeber.az xəbər verir ki, onlardan 15 kiloqram narkotik vasitə olan marixuana aşkarlanaraq götürülüb. Həmin şəxslər sosial şəbəkədə tanış olduqları İran vətəndaşı vasitəsi ilə maddi maraq qarşılığında narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Oxşar xəbərlər

Qobustanda saxlanılan narkokuryerlərdən 3 kiloqram marixuana və tiryək götürülüb
Bakıda narkokuryerlik edən 5 nəfər tutulub, 19 kq narkotik götürülüb
Beyləqanda saxlanılan şəxsdə 3 kiloqram tiryək aşkarlanıb
Şəkidə narkokuryerlik edən şəxs tutulub - FOTO
Bərdədə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən 5 kiloqram marixuana aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle