Ağcabədidə evdə əl qumbarası partlayıb, 5 nəfər ölüb - TƏFƏRRÜAT -  SİYAHI - YENİLƏNİB-2
sizinxeber.az xəbər saytı

Ağcabədidə evdə əl qumbarası partlayıb, 5 nəfər ölüb - TƏFƏRRÜAT - SİYAHI - YENİLƏNİB-2


Ağcabədidə partlayış zamanı ölənlərdən 3-ü azyaşlıdır.

"Sizinxeber.az"un əldə etdiyi məlumata görə, hadisə zamanı Bəhruz Quliyev, Şamil Quliyev, Natiq Quliyev, Məhəmməd Məmmədli və Murad Məmmədli ölüb.

12.47

Ağcabədidə qumbaranın partlaması nəticəsində 5 nəfərin öldüyü hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.

"Sizinxeber.az" xəbər verir ki, azyaşlı uşaq Hindarx qəsəbəsi ərazisində oynayan zaman qumbara tapıb. O, qumbaranı evə gətirib və ailə üzvlərinə verən zaman qumbara açılıb və bu zaman partlayış baş verib.

Nəticədə 5 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub, araşdırma aparılır.

Baş Prokurorluqdan verilən məlumata görə, hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yeri müayinə olunur və digər zəruri prosessual hərəkətlər icra edilir. Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.

12:42

Ağcabədi rayonunun Hindarx qəsəbəsində əl qumbarası partlayıb.

Bu barədə "Sizinxeber.az"a məlumatı hüquq-mühafizə orqanları təsdiqləyib.

"Sizinxeber.az"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, hadisə nəticəsində 5 nəfərin öldüyü, 2 nəfərin yaralandığı deyilir.

Faktla bağlı araşdırma başlanıb.

Oxşar xəbərlər

Ağcabədidə qumbara partlayıb, 5 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB
Ağcabədidə qumbara partlayıb, ölən və yaralananlar var - YENİLƏNİB
Sumqayıtda mənzildə qumbara partlayıb, ölən var - YENİLƏNİB
Tovuzda sexdə partlayış olub, xəsarət alanlar var
Şəmkirdə evdə partlayış olub, xəsarət alan var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər