MN-in Mənzil istismar İdarəsinin sabiq rəisi və bölmə müdirinin məhkəməsi başlayıb
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi, polkovnik Elmar Məmmədov və həmin idarənin Əsaslı və cari təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası fevralın 11-nə təyin olunub.
Qeyd edək ki, Elmar Məmmədov və Rəhim Laçınov ötən ilin avqust ayında saxlanılıb.
Onlara Cinayət Məcəlləsinin 179.4-cü, 311.3.1-ci, 341.2.3-cü və digər maddələri ilə ittiham elan edilib. Hərbi Prokurorluğun təqdimatına əsasən, barələrində həbs qətimkan tədbiri seçilib.
İstintaq zamanı onların ittiham olunduqları maddə 341.2.3-cü maddəyə tövsif olunub və hər ikisi barəsində seçilən həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olunub.
Oxşar xəbərlər
MN-dəki mənimsəməyə görə həbs edilən maliyyə xidmət rəisinin məhkəməsi başlayıb
Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin sabiq rəisi həbs edilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov və sektor müdirinin məhkəməsi başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
