Azərbaycan Ordusunda hərbi vəzifəlilərin təlim toplanışı keçirilib - VİDEO
sizinxeber.az xəbər saytı

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin təlim toplanışı keçirilib - VİDEO


Azərbaycan Ordusunda hərbi vəzifəlilər ilə növbəti təlim toplanışı keçirilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, 2024-cü ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı keçirilib.

Hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Təlim toplanışında müxtəlif mövzular üzrə tapşırıqlar icra edilib.

Hərbi vəzifəlilərdən fiziki hazırlıq üzrə normativlər qəbul edilib, onlarla əlbəyaxa döyüş üsulları, habelə silahsız özünümüdafiə fəndlərinin öyrənilməsi və ilkin tibbi yardımın göstərilməsi üzrə məşğələlər keçirilib.

Toplanış müddətində hərbi vəzifəlilərə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları, həmçinin sıra hazırlığının elementləri öyrədilib.

Hərbi vəzifəlilər, həmçinin komando hərbi hissələrində şərti düşmən obyektinə yaxınlaşma, yaşayış məntəqəsinin ələ keçirilməsi və digər tapşırıqlar üzrə taktiki-xüsusi məşğələ keçirilib.

Ehtiyatda olan hərbi vəzifəlilərin təlim toplanışında qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Oxşar xəbərlər

Azərbaycan Ordusunda hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle