MN: Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir
sizinxeber.az xəbər saytı

MN: Hərbi vəzifəlilər ilə keçirilən təlim toplanışı davam edir


Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı praktiki məşğələlərlə davam edir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.


Toplanış günlərində günün nizam qaydalarına uyğun olaraq, hərbi vəzifəlilərlə nizam-intizam qaydalarını möhkəmləndirmək məqsədilə sıra hazırlığı və ictimai-siyasi hazırlıq məşğələləri keçirilib.


Toplanışın növbəti günündə təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması məqsədilə onlara atıcı silahların və qumbaraatanların taktiki-texniki xüsusiyyətləri, istifadə qaydaları öyrədilib və məşq etdirilib. Daha sonra təlimə cəlb olunan şəxsi heyət atıcı silahlardan və qumbaraatanlardan praktiki atış çalışmalarını icra ediblər.

Oxşar xəbərlər

Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO
Hərbi vəzifəlilər atıcı silahlardan praktiki atışlar icra ediblər
Hərbi vəzifəlilərin təlim toplanışları davam edir - VİDEO
Hərbi vəzifəlilərin təlim toplanışı keçirilir - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle