32 yaşlı Zaqatala sakini yüksək dağlıq ərazidə ölü tapılıb
32 yaşlı Zaqatala rayon sakini yüksək dağlıq ərazidə; məşhur Şamil yaylağında ölü tapılıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Zaqatala rayon Axaxdərə kənd sakini 32 yaşlı Hüseyn Nəcməddin oğlu Məmmədovun meyiti bu gün axşam saatlarında Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin Zaqatala rayonu Car kənd inzibati ərazisinin yüksək dağlıq hissəsində Şamil yaylağının yaxınlığında aşkar olunub.
Hazırda rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən H. Məmmədovun meyitinin yüksək dağlıq ərazidən düşürülməsi istiqamətində işlər aparılır. H. Məmmədovun hansı şəraitdə ölməsi məlum deyil.
Qeyd edək ki, H. Məmmədov 44 günlük Vətən müharibəsi iştirakçısı olub və qazidir.
Oxşar xəbərlər
Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən ölüb
Zaqatalada 14 yaşlı yeniyetmə intihar edib
Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib
Zaqatalada azyaşlı xəstəxanada ölüb
Zaqatalada 69 yaşlı piyadanı maşın vuraraq öldürüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Oyun zamanı meydançada öldü
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir












