Buzovnada kafedə mübahisə zamanı tanımadığı kişini bıçalayan şəxs azadlığa buraxılıb
sizinxeber.az xəbər saytı

Buzovnada kafedə mübahisə zamanı tanımadığı kişini bıçalayan şəxs azadlığa buraxılıb


Tanımadığı şəxslə mübahisə edərək onu bıçaqlamaqda təqsirləndirilən Rüstəm Qənbərlinin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rüstəm Qənbərliyə Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək ona cəza kimi 3 il şərti olmaqla 2 il sınaq müddəti verilib.

Rüstəm Qənbərli məhkəmə zalından sərbəst buraxılıb.

Xatırladaq ki, dövlət ittihamçsı təqsirləndirilən şəxsin 5 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib.

Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən kafenin qarşısında baş verib. İttihama görə, Rüstəm Qənbərli kafedə yeyib-içdikdən sonra kafenin qarşında bir neçə şəxsin mübahisə etdiyini görüb. Onları ayırmağa çalışan R.Qənbərli cibində olan bıçaqla Qurbanov Aydın Adəm oğluna bıçaq zərbəsi vurub. Bundan sonra polis əməkdaşları Rüstəm Qənbərlini şübhəli şəxs qismində saxlayıb və ona qarşı Xəzər RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər

Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə ömürlük cəza istənilib
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Sahibkarın pullarını mənimsəyib "TikTok"da hədiyyələr göndərən şəxsə hökm oxunub
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Dələduzluqda ittiham olunan Rail Abbasova hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle