Xaçmazda avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
Xaçmazda kobud qayda pozuntularına yol verən sürücülərə qarşı keçirilən profilaktik tədbirlər çərçivəsində avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.
Bildirilib ki, Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər keçirilib.
Son 5 gün ərzində keçirilən tədbirlər zamanı avtomobili narkotiklərin təsiri altında idarə edən 14 sürücü saxlanılıb. Tibbi müayinə zamanı onların narkotik vasitə qəbul edərək sükan arxasında əyləşdikləri müəyyən olunub. Sürücülər barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və hər biri 25 sutka inzibati qaydada həbs edilib.
Tədbir zamanı avtomobili spirtli içki qəbul edərək idarə edən daha 11 sürücü müəyyən olunaraq saxlanılıb. Həmin sürücülər barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib olunub. Xaçmaz rayonu ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcəkdir.
Oxşar xəbərlər
Qubada avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 25 sürücü aşkar olunub
Qusarda avtomobili narkotik və spirtli içkinin təsiri altında idarə edən 21 sürücü aşkarlanıb
Sumqayıtda sürücü və piyadaların intizam məsuliyyətinin artırılması məqsədilə profilaktik tədbir keçirilib
Qusarda avtomobili narkotik və spirtli içki təsiri altında idarə edən 21 sürücü aşkar olunub
Beyləqanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













