Şirvanda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şirvanda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb - YENİLƏNİB


Yanvarın 20-də Şirvan şəhər Salyan döngəsi adlanan ərazidə baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 5 nəfər (2 kişi cinsli, 3 qadın cinsli olmaqla) Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara müxtəlif dərəcəli bədən xəsarətləri ilə zəruri tibbi xidmətlər göstərilib.

Daxili qanaxma səbəbilə 1 nəfər üzərində cərrahi əməliyyat icra edilib.

Hazırda tibb müəssisəsinin aidiyyəti şöbələrində 4 nəfərin stasionar müalicəsi davam etdirilir, 1 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Məryəm Surxay

***

12.46

Şirvanda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində, Salyan döngəsi adlanan ərazidə qeydə alınıb. “VAZ 2107” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində sürücü və sərnişinlər müxtəlif dərəcəli xəsarət alaraq Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Şirvanda iki maşın toqquşub, xəsarət alanlar var
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Toya gedən müğənni və prodüseri Hacıqabulda qəzaya düşüb - FOTO - YENİLƏNİB
Qubada sərnişin mikroavtobusu ilə avtomobil toqquşmasında xəsarət alanların vəziyyəti açıqlanıb - YENİLƏNİB 1
Lənkəran Xəstəxanası bu gün baş vermiş qəzalarda xəsarət alanlarla bağlı açıqlama verilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər