Naxçıvanda 21 yaşlı hamilə qadın və körpəsi vəfat edib
sizinxeber.az xəbər saytı

Naxçıvanda 21 yaşlı hamilə qadın və körpəsi vəfat edib


Naxçıvanda 21 yaşlı hamilə qadın və körpəsi vəfat edib.


APA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə bu gün baş verib.

Halı pisləşən 2004-cü il təvəllüdlü Məhərrəmova Gülcan İlham qızı üçün təcili tibbi yardım çağrılıb. O, xəstəxanaya aparılarkən yolda vəfat edib. İlkin məlumata görə, ana və bətnindəki övladının ölümünə səbəb yüksək təzyiq olub.


Onlar Babək rayonu Payız kəndində dəfn ediliblər.


Qeyd edək ki, G.Məhərrəmova Naxçıvan Dövlət Universitetinin Memarlıq və Mühəndislik fakültəsinin Nəqliyyat mühəndisliyi ixtisası üzrə 2-ci kursunda (qiyabi) təhsil alırdı.

Oxşar xəbərlər

Naxçıvanda özünü yandıran 62 yaşlı qadın ölüb
Naxçıvanda elektrik vurması nəticəsində 9 yaşlı uşaq ölüb
Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib
Türkiyə vətəndaşı olan 2 yaşlı körpə xəstəxanaya aparılarkən Hacıqabulda vəfat edib
Gədəbəydə 28 yaşlı hamilə qadın naməlum səbəbdən ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər