Zaqatalada 29 yaşlı qadın dəm qazından zəhərlənərək ölüb
Zaqatalada bir uşaq anası dəm qazından zəhərlənərək ölüb.
Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə yanvarın 13-ü axşam saatlarında rayonun Yengiyan kəndində baş verib.
Belə ki, 1995-ci il təvəllüdlü Yengiyan kənd sakini Asya Natiq qızı Babayeva yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
A. Babayevanın ölümünün dəqiq səbəbini öyrənmək üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, A. Babayeva rayonun Kəpənəkçi kəndində ərdə olub.
O, bir il əvvəl yoldaşından ayrılaraq azyaşlı övladı ilə anasıgildə yaşayırdı.
Oxşar xəbərlər
Zaqatalada 14 yaşlı yeniyetmə intihar edib
Zaqatalada 32 yaşlı qadın xəstəxanada vəfat edib
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb
Şəkidə 21 yaşlı gənc dəm qazından boğularaq ölüb - YENİLƏNİB - FOTO
Zaqatalada yeni doğulan körpə ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
