DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib
sizinxeber.az xəbər saytı

DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib


DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə "Sizinxeber.az"a İdarədən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb:

"Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Piyadalardan isə dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını aydın görməkdə çətinlik çəkdiklərini nəzərə alaraq, yola çıxarkən daha məsuliyyətli olmalarını xahiş edirik".

Oxşar xəbərlər

DYP dumanlı hava ilə əlaqədar müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvan DYP dumanlı hava ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yol polisi yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Naxçıvanda dumanlı hava ilə bağlı xəbərdarlıq olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər