Naxçıvanda zəncirvari qəza olub - FOTO
sizinxeber.az xəbər saytı

Naxçıvanda zəncirvari qəza olub - FOTO


Naxçıvanda sürücünün ürəyinin tutması nəticəsində zəncirvari qəza baş verib.

Sizinxeber.az-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə Naxçıvan-Şahbuz magistral yolunun 1-ci kilometrliyində, Dilqəm Pişəvari küçəsində qeydə alınıb. Sürücü Naxçıvan şəhər sakini, 1953-cü il təvəllüdlü Məmmədov Namiq Qəzənfər oğlunun sükan arxasında ürəyi tutub. Nəticədə avtomobil idarəetmədən çıxaraq qəza törədib. Qəza zamanı "Mercedes", "Hyundai" və "Chevrolet" markalı avtobillər toqquşub. Ürəyi tutan sürücü Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Naxçıvanda zəncirvari qəza olub
Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub - FOTO
Naxçıvanda zəncirvari qəza olub, 4 avtomobil toqquşub
Naxçıvanda ağır qəza baş verib, xəsarət alan var
Naxçıvanda piyadanın vurulması ilə nəticələnən zəncirvari qəza olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər