İctimai fəal Afiəddin Məmmədova cəza istənilib
Dövlət ittihamçısı ictimai fəal Afiəddin Məmmədova cəza istəyib.
"Sizinxeber.az"un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Daha sonra Dövlət ittihamçısı onun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib. Afiəddin Məmmədovun vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses yanvarın 14-də davam edəcək.
Qeyd edək ki, Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.
Oxşar xəbərlər
Afiyəddin Məmmədova cəza istənilib
Bəxtiyar Hacıyevə 11 il həbs cəzası istənilib
Prokuror Bəxtiyar Hacıyevin 11 il azadlıqdan məhrum edilməsini istəyib
Prokuror “Kanal 11”in direktoruna cəza istəyib
Bakıda kafedə bayram günü 2 nəfərin qətlinə görə tutulan şəxsə ömürlük cəza istənilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
