Ağsuda yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) daha bir yanğın təhlükəli yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırıb.
APA nazirliyə istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Ağsu rayonunun İlxıçı kəndi ərazisində, Ağsu-Kürdəmir avtomobil yolunun üzərində yerləşən Şıxıyev Fəhrad Sabir oğluna məxsus yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib;
- ərazi yanar tullantılardan təmizlənməyib;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;
- obyekt “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Ağsu rayonunun İlxıçı kəndi ərazisində, Ağsu-Kürdəmir avtomobil yolunun üzərində yerləşən Şıxıyev Fəhrad Sabir oğluna məxsus yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
Oxşar xəbərlər
İki rayonda yanacaqdoldurma məntəqələrinin fəaliyyəti dayandırılıb - FOTO - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllıda yanğın təhlükəli univermağın fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yaşayış binasının avtodayanacağında avtomobil təmiri sexinin fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binəqədi rayonunda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













