Masallıda fərdi yaşayış evində partlayış baş verib, 1 nəfər xəsarət alıb - FOTO
sizinxeber.az xəbər saytı

Masallıda fərdi yaşayış evində partlayış baş verib, 1 nəfər xəsarət alıb - FOTO


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Masallı rayonu, Güllütəpə kəndində fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Sizinxeber.az-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Masallı rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 324kv.m. olan ikimərtəbəli fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış dalğasının təsirindən evə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Oxşar xəbərlər

8 Noyabr prospektində evdə partlayış olub, 1 nəfər xəsarət alıb - VİDEO
Şəmkirdə evdə partlayış olub - VİDEO
Bakıda evdə partlayış olub, xəsarət alan var
Masallıda fərdi yaşayış evində partlayış baş verib, xəsarət alan var
Gəncədə mənzildə partlayış olub, 84 yaşlı qadın xəsarət alıb - FOTO - YENİLƏNİB - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər