Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib
Ali Məhkəmənin Plenumunun növbəti iclası keçirilib.
Bu barədə "Report"a məhkəmədən məlumat verilib.
Bildirilib ki, iclasda “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli 3 nömrəli Qərarına, habelə qanunvericilikdə edilmiş dəyişikliklərə uyğunlaşdırılması tələb olunan digər qərarlarına əlavə və dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarılıb və dəyişikliklər Plenum üzvləri tərəfindən təsdiq olunub.
Eyni zamanda “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında” qərar layihəsi müzakirə olunub və müvafiq qərar qəbul edilib.
Sonra 2023-cü il və 2024-cü ilin birinci yarımilliyində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə və ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib və geniş fikir mübadiləsi aparılıb.
Daha sonra Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının tərkibinə dəyişiklik edilməsi barədə layihə səsverməyə çıxarılaraq qəbul edilib.
İclasda həmçinin konkret işlərə baxılıb.
Oxşar xəbərlər
Ali Məhkəmənin Plenum iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmənin Plenumunda and içiblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Məhkəmələrdə monitorinqin aparılmasına dair plan təsdiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ali Məhkəmə ər-arvadın əmlakının bölünməsi ilə bağlı mübahisələrə dair qərar verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament seçkilərinin yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












