Parlament seçkilərinin yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Parlament seçkilərinin yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb - YENİLƏNİB


Mərkəzi Seçki Komissiyasının (MSK) sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokola Konstitusiya icraatı qaydasında baxılıb.

“Sizinxeber.az”un xəbərinə görə, bunu parlament seçkiləri ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclasında Konstitusiya Məhkəməsinin hakimi Rövşən İsmayılov deyib.

Oeyd edib ki, MSK seçkilərin nəticələrinə dair bütün məntəqələrdən daxil olmuş məlumatları ümumiləşdirərək seçki protokolunun təsdiq olunması üçün müvafiq sənədlərlə birgə Konstitusiya Məhkəməsinə təqdim edib.

İclasda çıxış edən məruzəçi Kamran Şəfiyev seçkilərlə bağlı ölkə üzrə fəaliyyət göstərən Apelyasiya məhkəmələrində baxılan işləri diqqətə çatdırıb. O qeyd edib ki, Şəki, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan Ali Məhkəmələrinə daxil olan müvafiq ərizələr araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Məruzəçi hakim onu da əlavə edib ki, Baş prokurorluğun məlumatına görə, seçkilərlə əlaqədar 6 müraciət üzrə cinayət işi başlanması qərara alınıb. Digər müraciətlər isə aidiyyəti üzrə MSK-ya yönləndirilib.

15:03

Azərbaycan Konstitusiya Məhkəməsi Plenumunun Milli Məclisə sentyabrın 1-də keçirilmiş növbədənkənar seçkilərin nəticələri ilə əlaqədar iclası başlayıb.

“Sizinxeber.az”un xəbərinə görə, iclasda növbədənkənar parlament seçkilərinin yekunlarına dair Mərkəzi Seçki Komissiyasının (MSK) protokolunun təsdiq edilməsi və seçkilərin nəticələri ilə bağlı məsələyə baxılır.

İclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov, sədr müvaini Rövzət Qasımov və bütün MSK üzvləri, ekspertlər iştirak edirlər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib.

İclasda məruzəçi hakim parlament seçkilərinin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb.

Bildirilib ki, MSK sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib və təqdim edilən sənədlər Konstitusiya Məhkəməsində yoxlanıb.

Oxşar xəbərlər

Bu gün Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Konstitusiya Məhkəməsinin parlament seçkilərinə dair icraat üzrə iclası sabah olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK parlament seçkilərinin nəticələrinin təsdiqi üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər