Azərbaycanda bu il 13545 yanğın olub
Bu il respublika üzrə il ərzində 13545, o cümlədən Bakı şəhərində 4472, işğaldan azad olunmuş ərazilərdə 357 yanğın hadisəsi qeydə alınıb.
APA xəbər verir ki, bu barədə dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 19-cu ildönümü və işçilərinin peşə bayramı münasibətilə keçirilən iclasda çıxışında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Qeyd olunub ki, bu da orta hesabla hər gün 41 yanğına çıxış deməkdir. Yanğınlardan 16 yanğın yüksək saylı çağırışla söndürülüb. Ümumilikdə, yanğınların söndürülməsi zamanı 79 dövlət və 425 özəl obyekt, 348 çoxmənzilli bina, 519 fərdi ev, 497 yardımçı tikili, 300 ədəd müxtəlif təyinatlı texnika mühafizə olunub, 78 nəfərin həyatı real təhlükədən xilas edilib. Baş vermiş yanğınların söndürülməsi zamanı insan həyatı üçün təhlükə faktorları nəzərə alınaraq 1041 nəfər təhlükəsiz əraziyə təxliyə edilib.
Oxşar xəbərlər
Bu il suda batmış 52 nəfərin meyiti tapılıb, 161 nəfər xilas edilib
FHN: Ötən sutka 53 yanğına çıxış olub, 2 nəfər xilas edilib
FHN: Ötən sutka 59 yanğına çıxış olub
FHN: Ötən sutka 52 yanğına çıxış olub, 6 nəfər xilas edilib
FHN: Ötən sutka 60 yanğına çıxış olub, 11 nəfər xilas edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













