Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktorunun məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktorunun məhkəməsi başlayıb


Dələduzluqda ittiham olunan “Moon Kids” uşaq bağçasının direktoru Havvaxanım Rüstəmovanın məhkəməsi başlayıb.

"Sizinxeber.az"un məlumatına görə, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra cinayət işinin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunub.

Məhkəmənin növbəti iclası dekabrın 23-də davam edəcək.

Qeyd edək ki, Havvaxanım Rüstəmova xeyli sayda insandan işə düzəltmə və digər məsələlərlə bağlı müxtəlif məbləğlərdə pul alaraq dələduzluqda ittiham olunur.

Onun direktoru olduğu “Moon Kids” Uşaq Bağçasının da fəaliyyəti dayandırılıb.

Havvaxanım Rüstəmova 2023-cü ildə “İlin ən uğurlu iş xanımı” nominasiyasına layiq görülüb.

Oxşar xəbərlər

Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var
Viza düzəltmək adıyla 200-dən çox vətəndaşa qarşı dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər