Vətəndaşdan rüşvət tələb etməkdə təqsirləndirilən bələdiyyə sədrinin məhkəməsi başlayır
Təsərrüfat fəaliyyətinin həyata keçirilməsi müqabilində vətəndaşdan külli miqdarda rüşvət tələb etməkdə təqsirləndirilən bələdiyyə sədri barədə cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
İstintaqla İsmayıllı rayon Diyallı Bələdiyyəsinin sədri Surxayev Cahangir Məhyəddin oğlunun vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.
Belə ki, o, icarə müqaviləsi və digər növ saxta sənədlərin tərtib edilməsi yolu ilə rəhbərlik etdiyi qurumun mülkiyyətində olan torpaq sahəsinin arıçılıq fəaliyyətinin həyata keçirilməsi məqsədilə icarəyə verilməsi müqabilində ona müraciət edən vətəndaşdan külli miqdarda pul vəsaitini rüşvət qismində almaqda şübhəli bilinib.
O, tələb etdiyi rüşvətin bir qismini vətəndaşdan alarkən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi açılıb, eləcə də Cinayət Məcəlləsinin 309.1. (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib, həmçinin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
İsmayıllıda həbs edilən bələdiyyə sədrinin işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi həbs edilib, rüşvətdə ittiham olunur - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsmayıllıda rüşvət tələb etməkdə təqsirləndirilən icra nümayəndəsi və bələdiyyə sədri həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvətalmada ittiham olunan vəzifəli şəxs hakim qarşısına çıxarılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rüşvət müqabilində qanunsuz tikintiyə şərait yaratmaqda şübhəli bilinən vəzifəli şəxs həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Nazirdən pensiyalarla bağlı şad xəbər
-
ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müşaviri Şəhidlər xiyabanını ziyarət edib
-
Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb
-
Ruben Vardanyanın məhkəməsində ifadələr dinlənilib
-
Şəhid məzarlarından gitara, çəkmə və hərbi dəbilqə oğurladılar: Saxlanılan şəxslərin GÖRÜNTÜLƏRİ












