Noyabrda sərhəddə 1, 7 milyon manatlıq qaçaqmal tutulub
Dövlət Sərhəd Xidmətinin qaçaqmalçılıq fəaliyyətinə qarşı həyata keçirdiyi mübarizə tədbirləri nəticəsində noyabr ayında ümumi dəyəri 1 milyon 738 min 172 manat оlan qaçaqmal dövriyyədən çıxarılıb.
APA xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatında deyilir.
Bildirilib ki, əməliyyat tədbirləri nəticəsində, gecəgörmə cihazı, dərman vasitələri, spirtli içkilər, tütün məmulatları, Makarov PM silahının darağı və ona məxsus patronlar aşkar olunaraq götürülüb.
Narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 177 kiloqram 299 qram narkоtik vasitə və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 6018 ədəd həb aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.
Oxşar xəbərlər
Sentyabrda sərhəddə 1,5 milyon manatlıq qaçaqmal saxlanılıb
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 17 əcnəbi saxlanılıb
DSX-dən əməliyyat: axtarışda olan 404 nəfər saxlanıldı
Ötən ay dövlət sərhədini pozan 65 nəfər saxlanılıb
Ötən ay 351 kq-dan çox narkotik dövriyyədən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













