FHN: Masazırda evdə uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə noyabrın 29-da saat 15:40 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi Cantəpə ərazisindən çağırış daxil olub.
Bu barədə APA-nən sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən 30 yaşlı şəxsin (kişi cinsli) həkimə qədər ölüm faktı qeydə alınıb. Xəsarət alan iki nəfər (kişi cinsli) müştərək travma diaqnozu ilə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına təxliyə olunub".
***
19:05
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində uçqun baş verməsi barədə məlumat daxil olub.
Bu barədə APA-ya FHN-dən xəbər verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən fərdi yaşayış evində tikinti işləri aparılan zaman uçqun baş verdiyi müəyyən olunub.
Xilasedicilər tərəfindən vətəndaş 1994-cü il təvəllüdlü Rəsulov Camal Əzim oğlunun meyiti dağıntı altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Uçqun nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Sabunçuda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda yol-nəqliyyat hadisəsi baş verib, bir nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 7 avtomobilin toqquşması nəticəsində ağır qəza baş verib - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda ağır qəza: 7 avtomobil toqquşub - FOTO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Güclü külək səbəbindən üç nəfər xəsarət alıb: Birinin vəziyyəti ağırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












