Gəncədə əvvəl həyat yoldaşını, sonra özünü bıçaqlayan şəxsə hökm oxunub
Gəncə şəhərində həyat yoldaşını öldürməyə cəhd edən Ramil İmanovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
APA xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 14 il 6 ay müddətində azadlıqdan məhrm edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Gəncə şəhərinin Məhsəti qəsəbəsində baş verib. 1989-cu il təvəllüdlü Ramil İmanov aralarında yaranmış mübahisə nəticəsində həyat yoldaşı 1988-ci il təvəllüdlü Şəhla Bayramovaya çoxsaylı bıçaq zərbələri vuraraq onu öldürməyə cəhd edib. Bundan sonra R.İmanov özünə də xəsarət yetirib. Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Keçmiş arvadını amansızlıqla qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxunub
Mahnı üstündə DSX gizirini öldürməkdə təqsirli bilinən şəxslərə hökm oxunub
Dövlət Sərhəd Xidmətinin gizirini öldürməkdə təqsirli bilinən şəxslərə hökm oxunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
