Abşeronda 38 yaşlı kişi dostu tərəfindən bıçaqlanıb
sizinxeber.az xəbər saytı

Abşeronda 38 yaşlı kişi dostu tərəfindən bıçaqlanıb


Abşeron rayonunda mağazada dava zamanı kişi dostuna bıçaq xəsarətləri yetirib.

APA xəbər verir ki, hadisə Məhəmmədli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1986-ci il təvəllüdlü Qasımov Raci Əhmədağa oğlu mağazada dostu ilə mübahisə edib. Mübahisə zamanı o, bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. O, cərrahi əməliyyat olunub.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda yaşlı kişi dava zamanı bıçaqlanıb
Bakıda dava düşüb, bir nəfər bıçaqlanıb
Bakıda gənc oğlan dava zamanı bıçaqlanıb
Sumqayıtda 53 yaşlı kişi bıçaqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər