3 il əvvəl törədilmiş ağır cinayətin istintaqı tamamlanıb
3 il əvvəl ağır cinayət törətmiş şəxs ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib.
Bu barədə "Report"a Oğuz Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, Oğuz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə istintaqı aparılan cinayət işi tamamlanıb.
İstintaqla, 1973-cü il təvəllüdlü Mübariz Sultanovun qisas niyyəti ilə cəzalandırmaq məqsədilə 2021-ci il dekabrın 24-də gecə vaxtı Qəbələ rayonunun Böyük Əmilli kənd sakini, 1975-ci il təvəllüdlü Bəxtiyar Salahovu yaşadığı evə kimi izləməsi, həyətə daxil olduqdan sonra onun sərxoş vəziyyətdə olmasından istifadə edərək dəhrə ilə xəsarətlər yetirməsi, nəticədə Bəxtiyar Salahovun növbəti gün həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Mübariz Sultanova Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə ittiham elan olunaraq barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ittiham aktı təsdiq olunaraq baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Qəbələdə üç il əvvəl törədilən qətlin təfərrüatları məlum olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəbələdə 3 il əvvəl törədilən qətlin üstü açılıb - YENİLƏNİB - TƏFƏRRÜAT [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 89 yaşlı atasını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda 89 yaşlı atasını döyərək öldürən şəxsin məhkəməsi başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tovuzda qadını yandıraraq ölümünə səbəb olmaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












