

Coratda ərini öldürən qadına hökm oxunub
Corat qəsbəsində ərini öldürməkdə ittiham olunan Əfsanə Məmmədovanın cinayət işi üzrə məhkəmə yekunlaşıb.
APA xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Mustafayevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı Əfsanə Məmmədovanın Cinayət Məcəlləsinin 122-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.
Müdafiə tərəfi CM-nin 79-cu maddəsinin tətbiq edilməsini və Ə. Məmmədovanın övladının 14 yaşa çatana qədər cəzanın təxirə salınmasını xahiş edib.
Məhkəmə müşavirədən sonra Ə. Məmmədovanı CM-nin 122-ci maddəsi ilə təqsirli bilərək ona 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib.
Qeyd edək ki, hadisə ötən ilin avqust ayında Corat qəsəbəsində qeydə alınıb. Ağahüseyn İmanovun həyat yoldaşı, 34 yaşlı Əfsanə Məmmədova tərəfindən xəsarətlər yetirilərək qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Ə. Məmmədova hadisədən sonra könüllü təslim olub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmə dövründə Əfsanə Məmmədova barəsində keçirilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizanın rəyinə görə, o, hadisəni törədərkən güclü ruhi həyəcan vəziyyətində – fizioloji affekt vəziyyətində olub və öz hərəkətlərini tam dərk etmək qabiliyyətində olmayıb.
Oxşar xəbərlər
Bakıda avtovağzalın girişində 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Bakıda 25 yaşlı oğlanı öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub
Sosial sığınacaqda rəfiqəsini bıçaqlayan qadına hökm oxunub
Keçmiş vəkil məhkəmə zalında həbs olunub
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
