Bakıda iki binada yanğın olub
Bakı şəhərinin Nəsimi rayonunda yanğın olub.
Sizinxeber.az FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları 4 m² sahədə yanıb. Yüksək temperaturdan otağın tavanı 10 m² sahədə qarsalanıb. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Xətai rayonunda isə doqquzmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 48 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və içərisində olan məişət avadanlıqları yanıb. Yüksək temperaturdan dəhlizin divarları 3 m² sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub
Sabirabadda yataqxanada yanğın olub
Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb
Bakıda orta məktəbdə yanğın olub
Neftçalada 4 otaqlı ev yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













