Daşkəsəndə arvadını öldürməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Bu il iyunun 24-də Daşkəsən rayon sakini 1985-ci il təvəllüdlü Atlas Ocaqverdiyevanın öldürülməsinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.
Bu barədə "Report"a Daşkəsən rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, ibtidai istintaq zamanı 1971-ci il təvəllüdlü Teymur Ocaqverdiyevin Daşkəsən rayonu, Əmirvar kəndində yerləşən fərdi yaşayış evində heç bir əsaslı səbəb olmadan, xuliqanlıq niyyəti ilə aşkar surətdə köməksiz vəziyyətdə olan arvadı Atlas Ocaqverdiyevaya balta ilə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Teymur Ocaqverdiyevə Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 (xüsusi amansızlıqla aşkar surətdə köməksiz şəxsi xuliqanlıq niyyəti ilə öldürmə) maddələrilə yekun ittiham elan edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Anasının gözü qarşısında qardaşını öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
İki nəfər ailə üzvünü qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
